Xəzər Xəbər

Kreml Trampın Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanıması barədə

Dünya | 14:56 • 26 Mart 2019
Kreml Trampın Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanıması barədə

Xəbər verdiyimiz kimi, dünən ABŞ prezidenti Donald Tramp Suriyanın ərazisi olan, İsrail tərəfindən işğal edilmiş Qolan yüksəkliklərini İsrailin ərazisi kimi tanıyıb və bununla bağlı müvafiq sənəd imzalayıb.


Virtualaz.org bildirir ki. məsələ ilə bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin rəsmi mövqeyini açıqlayıb.


Peskov deyib: "Bu cür qərar birmənalı olaraq həm Yaxın Şərq tənzimlənməsi, həm də ümumi siyasi tənzimlənmə baxımından mənfi nəticələrə gətirib çıxaracaq. Bu, heç kimdə şübhə doğurmur. Əsas isə odur ki, bu, Vaşinqton tərəfindən beynəlxalq hüququn daha bir pozuntusudur. Şübhəsiz, Putin bu vəziyyəti Livanın prezidenti və Yaxın Şərqdəki digər tərəfdaşlarla müzakirə edəcək”.

Xəbər lenti

Çox oxunanlar