Xəzər Xəbər

Netanyahu Qəzzaya ordu yeridəcəyi ilə hədələdi

Dünya | 15:07 • 26 Mart 2019
Netanyahu Qəzzaya ordu yeridəcəyi ilə hədələdi

İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağına ordu yeridəcəyi ilə hədələyib. Virtualaz.org xəbər verir ki. bu barədə İsrail mənbələri yazıblar.


Onun sözlərinə görə, İsrail ordusunun Xa-Şaron şəhəri yaxınlığında partlamış raketə görə verdiyi cavab "çox güclü olub”.


Vaşinqtonu tərk edərkən baş nazir onu da bildirib ki, terrorçular lazım gələrsə, Qəzzanın ərazisinə "daxil olacağımızı və orada bütün zəruri təhlükəsizlik tədbirlərini görəcəyimizi bilməlidirlər”.


Netanyahu qeyd edib ki, onun təyyarəsi İsraildə yerə enən kimi o, ordu və təhlükəsizlik xidmətinin nümayəndələri ilə məsləhətləşmələrə başlayacaq.


"Biz qayda-qanun yaratmağa başlayacağıq”, - Netanyahu deyib.

Xəbər lenti