Xəzər Xəbər

Masallıda qətl törədilib VİDEO

Veb TV | 20:38 • 21 May 2024
Masallıda qətl törədilib

Masallıda qətl hadisəsi törədilib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən axşam rayonun Şıxlar kəndi ərazisində qeydə alınıb. Masallı rayonunun Qasımlı kənd sakini 53 yaşlı Seymur Alışanovun ov silahı və kəsici alətlə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

İlkin məlumata görə, hadisə şəxsi münaqişə zəminində baş verib. 

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Keçirlən tədbirlərlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Seymur Alışanovun həmkəndlisi - 30 yaşlı Aslan Ağazadə saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024