Xəzər Xəbər

Londondan Sinqapura uçan təyyarə güclü hava boşluğuna düşüb, ölən və yaralananlar var

Dünya | 15:43 • 21 May 2024
Londondan Sinqapura uçan təyyarə güclü hava boşluğuna düşüb, ölən və yaralananlar var

Londonun Hitrou hava limanından Sinqapura uçan təyyarənin güclü türbülansa (hava boşluğu) düşməsi nəticəsində bir nəfər ölüb və 30-a yaxın insan yaralanıb.

Xezerxeber.az xəbər verir ki, təyyarə Tailandın paytaxtı Bangkoka məcburi eniş etməli olub.

“Sinqapur Hava Yolları” tərəfindən verilən bəyanatda bildirilib ki, Londonun Hitrou hava limanından Sinqapura SQ 321 reysi üzrə uçan təyyarə yol boyu bir neçə dəfə güclü türbülansla qarşılaşıb.

““Boeing 777-300ER” təyyarəsində xəsarət alanlar və bir ölüm faktının olduğunu təsdiqləyə bilərik. Ümumilikdə təyyarədə 211 sərnişin və 18 ekipaj üzvü var idi. “Singapur Hava Yolları” həlak olan şəxsin ailəsinə başsağlığı verir”, - deyə bəyanatda bildirilib.

Xəbər lenti