Xəzər Xəbər

Ermənistan parlamentinin spikeri Azərbaycanla sərhədin delimitasiyasından danışdı

Gündəm | 17:26 • 21 May 2024
Ermənistan parlamentinin spikeri Azərbaycanla sərhədin delimitasiyasından danışdı

"Azərbaycanla növbəti delimitasiya mərhələsinin hansı sahədə aparılacağı barədə hələlik məlumat yoxdur".

Xezerxeber.az erməni mətbuatına istinadən xəər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

"Məndə belə bir məlumat yoxdur", - o bildirib.

Simonyan vurğulayıb ki, Kirants kəndi ərazisində mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq.

Spikerin sözlərinə görə, davam edən proses yekun sərhədin müəyyənləşdirilməsi üçün zəmin yaradır.

Xatırladaq ki, mayın 15-də iki ölkənin sərhədində Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib. Nəticədə 1976-cı ilin xəritələri əsasında bir sıra yaşayış məntəqələri arasında bilavasitə sərhədin delimitasiyasını təsvir edən protokol imzalanıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024