Xəzər Xəbər

Bakıda sərnişin avtobusları qəza törədib, yaralılar var FOTO

Hadisə | 16:56 • 19 May 2024
Bakıda sərnişin avtobusları qəza törədib, yaralılar var

Bakının Yasamal rayonunda iki sərnişin avtobusu toqquşub.

Xezerxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib. 

"Xaliq Faiqoğlu" MMC-yə məxsus sərnişin avtobusu metronun 20 yanvar stansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətə gedən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə 3 Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin (TTTYX) avtomobili və canlı briqadası cəlb edilib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024