Xəzər Xəbər

Pakistanın Pəncab əyalətində məktəblər bir həftəlik bağlanacaq

Dünya | 14:28 • 21 May 2024
Pakistanın Pəncab əyalətində məktəblər bir həftəlik bağlanacaq

Pakistanın şərqindəki Pəncab əyalətində havanın temperaturunun artması ilə əlaqədar yerli hakimiyyət orqanları bütün dövlət və özəl məktəblərin mayın 25-dən 31-dək bağlı qalacağını bildiriblər.

“Pakistan Observer” saytı yazır ki, Pakistan Meteorologiya Departamenti yüksək atmosfer təzyiqi səbəbindən mayın 21-dən etibarən ölkənin əksər bölgələrində, xüsusən də Pəncab və Sind əyalətlərində havanın çox isti olacağını proqnozlaşdırıb. Mayın 23-27-də temperaturun daha da yüksələcəyi gözlənilir.

Meteorologiya Departamenti insanlara birbaşa günəş şüasına məruz qalmamağı tövsiyə edib. Həmçinin həddindən artıq quru və isti hava şəraitinin Pəncabın bəzi ərazilərində və ölkənin digər hissələrində meşə yanğınlarına səbəb ola biləcəyi qeyd olunub.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024