Xəzər Xəbər

Ermənistanın hakim partiyası Paşinyanın istefasını müzakirə etmək niyyətində deyil

Dünya | 13:01 • 21 May 2024
Ermənistanın hakim partiyası Paşinyanın istefasını müzakirə etmək niyyətində deyil

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyası müxalifətin etiraz aksiyaları fonunda baş nazir Nikol Paşinyanın istefası və ya növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanlarını müzakirə etmək niyyətində deyil.

Xezerxeber.az xəbər verir ki, bu barədə partiyanın sədr müavini, parlamentin deputatı Vaaqn Aleksanyan brifinqdə bildirib.

“Növbədənkənar parlament seçkiləri gündəmdə yoxdur, hətta müxalifət öz mandatlarından imtina etsə belə, bu, növbədənkənar seçkilərə səbəb olmayacaq”, - deyə o qeyd edib.

Baş nazirin impiçment prosesinin başlaması ilə bağlı müxalifətin bəyanatına toxunan Aleksanyan deyib ki, onlar prosesi başlada bilməyəcəklər. Bu, baş tutsa belə, heç bir nəticə verməyəcək.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024