Xəzər Xəbər

“Finca Azerbaijan” 22 min manat cərimələnib

İqtisadiyyat | 11:47 • 21 May 2024
“Finca Azerbaijan” 22 min manat cərimələnib

Mərkəzi Bankın yoxlamalarından sonra “Finca Azerbaijan” və onun vəzifəli şəxsi 22 min manat cərimələnib.

Xezerxeber.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, mikromaliyyə təşkilatında Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə müvafiq olaraq “Finca Azerbaijan” və onun vəzifəli şəxsi Nəsimi Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən müvafiq olaraq 20 min və 2 min manat məbləğində cərimə edilib.

Xatırladaq ki, "Finca Azerbaijan" 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Mikromaliyyə təşkilatı Hollandiya şirkəti olan FINCA Microfinance Coöperatief U.A.-nın törəmə müəssisəsidir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024