Xəzər Xəbər

Tərtərdə mina partlayışı baş verib, bir nəfər həlak olub

Region | 16:05 • 21 May 2024
Tərtərdə mina partlayışı baş verib, bir nəfər həlak olub

Tərtər rayonunda mina partlayışı baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Məlumatda bildirilib ki, 2024-cü il 21 may tarixində Tərtər rayonu, Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib. 

1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Xəbər lenti