Xəzər Xəbər

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Maraqlı | 17:31 • 6 May 2024
Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Türkiyədə mobil operator abonentlərinin sayı cari ilin əvvəlində 92,2 milyon təşkil edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında İnformasiya Texnologiyaları İdarəsinin məlumatında qeyd edilir. 

Məlumata görə, telefon nömrəsini saxlamaqla operatorunu dəyişən fiziki və hüquqi şəxslərin sayı təkcə 2023-cü ildə 10,1 milyona çatıb. Ümumilikdə, operatoru dəyişmə prosedurunun tətbiq olunduğu 2008-ci ildən bəri mobil operator dəyişməsi ilə bağlı müraciətlərin sayı 180,5 milyonu ötüb və bu göstərici Türkiyə əhalisinin sayını (85 milyon 372 min nəfər) iki dəfə üstələyir.

Eyni zamanda, operatorunu dəyişən stasionar rabitə abonentlərinin sayı 2 milyon 630 min təşkil edib.

Xəbər lenti