Xəzər Xəbər

Yevlaxda arvadını öldürən şəxs tutulub, cinayət işi açılıb

Region | 10:16 • 20 May 2024
Yevlaxda arvadını öldürən şəxs tutulub, cinayət işi açılıb

Yevlax şəhərində törədilən cinayətdə təqsirləndirilən şəxs tutulub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Yevlax Rayon Prokurorluğu məlumat yayıb. 

Bildirilib ki, mayın 19-da Yevlax sakini 1984-cü il təvəllüdlü Ləman Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırma zamanı 1964-cü il təvəllüdlü Mətləb Şükürovun ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Ləman Şükürovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Mətləb Şükürov Yevlax rayon mərkəzi xəstəxanasında tibbi müayinədən keçirilərək müalicə edilib və vəziyyəti stabil olduğundan prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024