Xəzər Xəbər

Leysan və dolu Zaqatalada bir sıra fəsadlar törədib VİDEO

Veb TV | 19:50 • 21 May 2024
Leysan və dolu Zaqatalada bir sıra fəsadlar törədib

Zaqatalaya yağan leysan və dolu nəticəsində məktəb, bağça, evlər və digər təsərrüfat sahələrinə ziyan dəyib.  

Xezerxeber.az-ın məlumatına görə, rayonun Üçüncü Tala kənd tam orta məktəbinin həyətini su basıb. Bu səbəbdən müvvəqqəti olaraq tədris bir günlük təxirə salınıb.

Yağan güclü leysan Bozbinə, Mamqabinə və Masqarabinə kəndlərində də fəsadlara yol açıb. 250-ə yaxın evin həyətinə, 20-dən çox evin zirzəmi və mal tövlələrinə və 100 hektara yaxın fındıq bağına sel suları dolub. Şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.

Sakinlərin dediklərinə görə, sel sularının təsərrüfatlara bu qədər ziyan vurmasının əsas səbəbi kəndarası su arxlarının vaxtlı- vaxtında təmizlənməməsidir.

Fəsadların baş verdiyi ərazilərdə aidiyyəti qurumların nümayəndələri tərəfindən dəymiş ziyanın ilkin hesablanması işləri aparılır.

Fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024