Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koeni qəbul edib.
Xezerxeber.az bildirr ki, baş nazir bu barədə özünün "Telegram" kanalında məlumat verib.
"ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdim", - baş nazir yazıb.
Hökumətin mətbuat xidməti isə Paşinyan və Koenin həm ikitərəfli, həm də beynəlxalq gündəmdəki məsələləri müzakirə etdiklərini bildirib.