Xəzər Xəbər

Qərbi Azərbaycan İcmasında mühüm İCLAS

Cəmiyyət | 11:11 • 11 May 2024
Qərbi Azərbaycan İcmasında mühüm

Qərbi Azərbaycan İcmasında (QAİ) Böyük Qarakilsə rayonu icmasının iclası keçirilib.

Xezerxeber.az xəbər verir ki, iclasda öncə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü və Hüquq Komissiyasının sədri, Böyük Qarakilsə rayon icmasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı bu gün görülən işlərin əsasını qoymasından, öz el–obasından zorla çıxarılan soydaşlarımıza qayğısından və xüsusi diqqətindən danışıb.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov İcmanın fəaliyyəti, şəhər, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası və qarşıda duran vəzifələr barədə danışıb.

Ölkəmizin Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda (2013 - 2021-ci illər) fövqəladə və səlahiyyətli səfiri olmuş Qaley Allahverdiyev diqqətə çatdırıb ki, bugünkü Azərbaycanın banisi olan Ümummilli Lider Heydər Əliyev daim xalqın tarixində və qəlbində əbədi yaşayacaq.

Sonra Böyük Qarakilsə rayonunun kənd icmalarının hesabatları dinlənilib. Görülən işlər qənaətbəxş hesab edilib.

Yekunda Böyük Qarakilsə sakinlərinə Qərbi Azərbaycan İcmasına üzvlük vəsiqələri və döş nişanları təqdim edilib.

Xəbər lenti