Xəzər Xəbər

Sumqayıtda qadını döyüb ona qarşı quldurluq edən şəxs saxlanılıb

Hadisə | 12:54 • 20 May 2024
Sumqayıtda qadını döyüb ona qarşı quldurluq edən şəxs saxlanılıb

Mayın 15-də saat 14 radələrində Sumqayıt şəhərinin ərazisində naməlum şəxs şəhər sakini olan 51 yaşlı qadını döyərək quldurluq etməklə onun mobil telefonunu alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, hadisədən sonra zərərçəkən şəhər polis idarəsinin 4-cü polis bölməsinə müraciət edib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü İlqar Şirinov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Rubrikanın digər xəbərləri

Qəbələdə yaşayış binasında
Qəbələdə yaşayış binasında Yanğın
09:40 • 15 Mart 2025
"Boranı" restoranında
"Boranı" restoranında yanğın
10:26 • 14 Mart 2025
Sarayda dəm qazından boğulma
Sarayda dəm qazından boğulma
09:44 • 14 Mart 2025
Dumanlı hava davam edir
Dumanlı hava davam edir AÇIQLAMA
10:27 • 12 Mart 2025
Gəncədə döl ölü doğulub
Gəncədə döl ölü doğulub
14:41 • 9 Mart 2025
Lerikdə
Lerikdə Zəlzələ
09:08 • 9 Mart 2025

Xəbər lenti