Xəzər Xəbər

Şəmkir sakini güllələnib VİDEO

Veb TV | 21:28 • 22 May 2024
Şəmkir sakini güllələnib

Şəmkirdə güllələnmə hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Ağlavaşlı kəndində qeydə alınıb.

Məlumata görə, 46 yaşlı kənd sakini Mais Ələkbərovun yeznəsi Naib Həsənovla mübahisəsi qısa zamanda böyüyərək qanlı insidentə çevrilib.

Kənd sakinləri deyirlər ki, qohumlar arasında münasibət normal olub və tərəflərin daha əvvəl hansısa ciddi münaqişəsi qeydə alınmayıb.  

Yaralanan Mais Ələkbərov Gəncə Şəhər Abbas Səhhət adına Xəstəxanaya çatdırılıb. Ona tibbi yardım  göstərilib.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Naib Həsənov müəyyən olunub. O, müvafiq sənədləri olan odlu silahla saxlanılaraq istintaqa təhvil verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti