Xəzər Xəbər

“Avroviziya-2024”ün qalibi məlum olub

Şou Biznes | 08:31 • 12 May 2024
“Avroviziya-2024”ün qalibi məlum olub

68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin qalibi müəyyənləşib.

Xezerxeber.az xəbər verir ki, İsveçrə təmsilçisi Nemo Mettler (Nemo) 591 xal toplayaraq qalib olub.

İsveçdəki Malmö Arenada keçirilən yarışda isveçrəli müğənni “The Code” mahnısını səsləndirib.

İkinci və üçüncü pillələrdə isə müvafiq olaraq Xorvatiya (547) və Ukrayna (453) təmsilçiləri yer alıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024