Xəzər Xəbər

Futbol üzrə İtaliya Kubokunun qalibi bəlli olub

İdman | 08:38 • 16 May 2024
Futbol üzrə İtaliya Kubokunun qalibi bəlli olub

Futbol üzrə İtaliya Kubokunun qalibi məlum olub.

Xezerxeber.az xəbər verir ki, finalda "Atalanta" və "Yuventus" komandaları üz-üzə gəlib. Görüş "qoca sinyora"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 4-cü dəqiqədə Duşan Vlahoviç vurub.

Bununla da "Yuventus" 15-ci dəfə İtaliya Kubokunun qalibi olub.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024