Xəzər Xəbər

Bakıda bir evdə üç nəfər bıçaqlanıb

Hadisə | 11:53 • 20 May 2024
Bakıda bir evdə üç nəfər bıçaqlanıb

Mayın 17-də Sabunçu qəsəbəsində evlərdən birində 2006-cı il, 2005-ci il və 1963-cü il təvəllüdlü 3 qadına kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, Sabunçu RPİ 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Elnur Əliyev saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti