Xəzər Xəbər

Avtomobil nömrəsi 2 milyon dollara satışa çıxarılıb

Maraqlı | 12:41 • 22 May 2024
Avtomobil nömrəsi 2 milyon dollara satışa çıxarılıb

Dubay Əmirliyinin Avtomobil Yolları və Nəqliyyat İdarəsi (RTA) 90 premium avtomobil qeydiyyat nişanının 115-ci hərracını keçirib.

Xezerxeber.az Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mediasına istinadla xəbər verir ki, ən baha qiymətə satılan AA16 nömrəsi 7,32 milyon dirhəm (2 milyon ABŞ dolları) qiymətinə təklif edilib və satın alınıb.

AA16 nömrəsinin rekord qiymətə satışından əlavə, müvafiq olaraq 6 milyon dirhəm (1,63 milyon ABŞ dolları) və 4,05 milyon dirhəmə (1,1 milyon ABŞ dolları) alıcı tapmış AA69 və AA999 nömrələri də hərracda populyar olub.

Qeyd edək ki, “Telegram” sosial platformasının təsisçisi Pavel Durovun iştirak etdiyi 2023-cü ilin aprel hərracı daha uğurlu olmuşdu. Həmin vaxt 100 milyon dirhəm (27 milyon ABŞ dolları) dəyərində otaqlar satışa çıxarılmışdı və əldə olunan bütün gəlirlər “One Billion Meals” xeyriyyə fonduna bağışlanmışdı.

Xəbər lenti