Xəzər Xəbər

Bakıda sərnişin avtobusun təkərlərinin altına düşərək həyatını itirib VİDEO

Veb TV | 21:45 • 22 May 2024
Bakıda sərnişin avtobusun təkərlərinin altına düşərək həyatını itirib

Bakıda qadın sərnişin avtobusundan yıxılaraq ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Babək küçəsi 157 ünvanında baş verib.

Baş verən hadisə dayanacağa yaxın olan marketlərdən birinin kamerasına düşüb.

Kamera görüntülərindən aydın olur ki, 173 A saylı marşrut xətti üzrə hərəkət edən avtobus dayanacaqda dayanır. Sərnişinlər minir. Avtobus hərəkət edir, elə bu zaman bir nəfər təkərlərin altına düşür.

Şahidlər bildiriblər ki, hadisə olan zama qadının yanında nəvəsi də olub və baş verənləri görüb.

Məsələ ilə bağlı 173 A nömrəli marşrut xətti üzrə  daşıyıcı şirkət olan "Çinar Trans" MMC-dən “Xəzər Xəbər”ə bildirildi ki, hadisə dünən saat 15:00 radələrində baş verib. Qadın avtobusdan düşən zaman yıxılıb və belə bir bədbəxt hadisə baş verib. Hazırda sürücü hüquq-mühafizə orqanları tərəfindən saxlanıb.

Yerüstü Nəqliyyat Agentliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, mayın 21-də Sabunçu rayonunun Zabrat qəsəbəsində 173 A nömrəli marşrut avtobusunun iştirakı ilə baş verən qəza ilə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti