Xəzər Xəbər

Dörd nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır

Hadisə | 10:10 • 22 May 2024
Dörd nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır

Sumqayıt şəhərində ana və 3 azyaşlı övladı zəhərlənib.

Xezerxeber.az bildirir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 21-də Sumqayıt şəhərində ana və 3 azyaşlı övladının dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar