Xəzər Xəbər

Elektrik cərəyanı 25 yaşlı şəxsi iş yerində vurub öldürdü

Hadisə | 18:31 • 7 May 2024
Elektrik cərəyanı 25 yaşlı şəxsi iş yerində vurub

Şəxsin iş yerində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu baradə Ucar rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Kəlbəcər rayon sakini 1999-cu il təvəllüdlü Elvin Tağıyevin iş zamanı aldığı xəsarətlərdən mayın 7-də müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla “Electro-İndustries” QSC-nin elektrik quraşdırıcısı vəzifəsində işləmiş Elvin Tağıyevin aprelin 29-da “Mingəçevir REŞ” MMC-nin Ucar yarımstansiyasında aparılan yenidənqurma işləri zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən mayın 7-si müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir. (trend)

Xəbər lenti

Çox oxunanlar