Xəzər Xəbər

Azərbaycanda hər 10 əmlakdan biri icbari sığortalanıb

İqtisadiyyat | 16:27 • 22 May 2024
Azərbaycanda hər 10 əmlakdan biri icbari sığortalanıb

Azərbaycanda katastrofik risklərin hesablanması modeli yaradılacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda hər 10 əmlakdan biri icbari sığortalanıb.

“Türkiyədə baş verən son zəlzələ zamanı dəyən ziyanın həcmi 103 milyard dollara çatıb. Bu baxımdan demək olmaz ki, potensial risk zamanı Türkiyədə 103 milyard dollar zərər ortaya çıxıbsa, Azərbaycanda bu rəqəm 10 milyard dollar olacaq. Bu yanaşma doğru deyil. Zərərlər bir-birinə yaxın ola bilər. Əgər təkrarsığorta mexanizmi düzgün işləmirsə, risklər sığorta şirkətlərinə düzgün ötürülmürsə, bu dövlət üzərində ciddi bir maliyyə yükü əmələ gətirə, ölkənin iqtisadi stabilliyini poza bilər. Bu halların baş verməməsi üçün qoruma qalxanın yaradılmasına ehtiyac var. Elmi hesablamalar düzgün şəkildə aparılmalıdır. Təkrarsığortaya ötürülən risklər düzgün müəyyən edilməlidir. Bunun üçün Türkiyənin doğru təxmin modelləri ortaya qoyan şirkətləri ilə əməkdaşlıq çərçivəsində Azərbaycan üçün müvafiq modelin hazırlanmasını təmin edəcəyik”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024