Xəzər Xəbər

“Meta” Slovakiyanın Baş nazirinə sui-qəsd edən şəxsin feysbuk hesabını silib

Texnologiya | 09:32 • 22 May 2024
“Meta” Slovakiyanın Baş nazirinə sui-qəsd edən şəxsin feysbuk hesabını silib

“Meta” korporasiyası Slovakiyanın Baş naziri Robert Fitsonun həyatına sui-qəsd edən Juray Çintulanın feysbuk sosial şəbəkəsindən hesabını silib.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Aktuality” xəbər portalı məlumat yayıb.

Məlumata görə, hesab mayın 16-na keçən gecə silinib. Korporasiya bu addımı vətəndaşlar və cəmiyyət üçün təhlükə yaradan feysbuk istifadəçiləri ilə bağlı mövcud qaydalara əsaslanaraq atıb.

Slovakiyanın daxili işlər naziri Matus Şutai-Eştok daha əvvəl bildirmişdi ki, Fitsonun həyatına sui-qəsd işi üzrə istintaq hadisənin təkbaşına törədilmədiyi versiyası üzərində işləyir.

Xəbər lenti