Xəzər Xəbər

“Avroviziya-2024”ün aparıcılarının adları məlum olub

Şou Biznes | 08:47 • 6 Fevral 2024
“Avroviziya-2024”ün aparıcılarının adları məlum olub

Mayın 7, 9 və 11-də İsveçin Malmö şəhərində keçiriləcək 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin aparıcılarının adları açıqlanıb.

SVT (Sveriges Television) xəbər yayıb ki, bunlar teleaparıcı Petra Mede və aktrisa Malin Okermandır.

Komik və şoumen Petra Mede 2013-cü və 2016-cı illərdə artıq Avroviziya aparıcısı olub.

“Bu çox böyük şərəfdir. Malin ilə işə başlayacağım günü səbirsizliklə gözləyirəm. Əminəm ki, onunla əməkdaşlıq etməkdən zövq alacağam”, - deyə Petra Mede bildirib.

Malin Okerman İsveç mənşəli kanadalı aktrisadır. O, Cenifer Eniston, Tom Kruz və Sandra Ballok ilə birgə filmlərdə çəkilib.

Qeyd edək ki, ötən il isveçli müğənni Loreen "Tattoo" mahnısı ilə qalib gəldiyi üçün İsveç Avroviziya mahnı müsabiqəsinə ev sahibliyi etmək hüququ qazanıb.

Xəbər lenti

Çox oxunanlar