Xəzər Xəbər

Makron Yeni Kaledoniyaya səfər edib

Dünya | 09:06 • 23 May 2024
Makron Yeni Kaledoniyaya səfər edib

Fransa Prezidenti Emmanuel Makron Parisdən 17 000 kilometr məsafədə yerləşən Yeni Kaledoniyaya səfər edib.

Xezerxeber.az “Figaro”ya istinadla xəbər verir ki, dövlət başçısını daxili işlər naziri Jerald Darmanen, müdafiə naziri Sebastian Lekornü, dənizaşırı ərazilər naziri Mari Qevnu müşayiət edir.

Makron bildirib ki, onun əsas prioriteti asayişin bərpa olunmasıdır. Yalnız bu halda arxipelaqda fövqəladə vəziyyət rejimi aradan qaldırıla bilər.

Fransa prezidenti seçici siyahıları məsələsində geri addım atılmayacağını, artıq qəbul edilmiş qanunların dəyişdirilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Yeni Kaledoniyada son etiraz aksiyalarının əsas səbəblərindən biri kənardan gətirilən insanlara yerli kanak xalqının ziyanına olaraq səsvermə hüququnun verilməsidir.

Rubrikanın digər xəbərləri

Kanada Rusiyaya qarşı sanksiyaları
Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirdi
20:30 • 13 İyun 2024
Moskvadan İrəvana növbəti
Moskvadan İrəvana növbəti ÇAĞIRIŞ
19:01 • 13 İyun 2024
Belarus İrəvandakı səfirini
Belarus İrəvandakı səfirini GERİ ÇAĞIRIR
17:00 • 13 İyun 2024
Türkiyədə terrorçulara qarşı
Türkiyədə terrorçulara qarşı əməliyyat
09:51 • 13 İyun 2024
Moskva Birjası ABŞ dolları və avro ilə ticarəti
Moskva Birjası ABŞ dolları və avro ilə ticarəti dayandırır
19:48 • 12 İyun 2024
Mirzoyan Paşinyanın KTMT ilə bağlı fikirlərinə
Mirzoyan Paşinyanın KTMT ilə bağlı fikirlərinə düzəliş edib
18:48 • 12 İyun 2024

Xəbər lenti

Çox oxunanlar