Xəzər Xəbər

Rusiyanın müvəqqəti işlər vəkili Litva XİN-ə çağırılıb

Dünya | 14:30 • 22 May 2024
Rusiyanın müvəqqəti işlər vəkili Litva XİN-ə çağırılıb

Rusiyanın müvəqqəti işlər vəkili Litva Xarici İşlər Nazirliyinə çağırılıb.

Xezerxeber.az DELFI-yə istinadən xəbər verir ki, bu barədə Litva XİN məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Finlandiya və Litva ilə su sərhədlərinin yenidən müəyyənləşdirilməsi ilə bağlı Rusiyanın birtərəfli qərarına görə rusiyalı diplomat izahat üçün XİN-ə dəvət olunub.

Litva xarici işlər naziri Qabrielius Landsbergis isə bildirib ki, Litva və Finlandiya ilə dəniz sərhədlərini yenidən cızmaq niyyətində olan Rusiya növbəti hibrid əməliyyatı həyata keçirir.

 

Litva Xarici İşlər Nazirliyinin rəhbəri bunun müvafiq cavab tələb etdiyini vurğulayıb: "Rusiyanın daha bir hibrid əməliyyatı davam edir, bu dəfə Baltik dənizində öz niyyətləri ilə bağlı qorxu, qeyri-müəyyənlik və şübhə yaymağa çalışır. Bu, NATO və Aİ-yə qarşı açıq-aşkar eskalasiyadır və buna müvafiq qəti cavab verilməlidir".

Xatırladaq ki, “The Moscow Times“ hüquqi aktlar portalında dərc edilmiş hökumətin qətnamə layihəsinə əsaslanaraq yazır ki, Rusiya hakimiyyəti birtərəfli qaydada ölkənin Baltik dənizində Litva və Finlandiya ilə dəniz sərhədlərini dəyişdirmək qərarına gəlib.

Müdafiə Nazirliyinin hazırladığı sənədə əsasən, Rusiya Finlandiya körfəzinin şərqindəki, eləcə də Kalininqrad vilayətinin Baltiysk və Zelenoqradsk şəhərləri yaxınlığındakı akvatoriyanın bir hissəsini özünün daxili dəniz suları elan etmək niyyətindədir.

Rubrikanın digər xəbərləri

Ermənistanda etirazçıların kütləvi həbsinə
Ermənistanda etirazçıların kütləvi həbsinə BAŞLANILDI
12:03 • 15 İyun 2024
Zelenskinin Ofisidən Putinin təklifinə
Zelenskinin Ofisidən Putinin təklifinə CAVAB
17:15 • 14 İyun 2024
Kanada Rusiyaya qarşı sanksiyaları
Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirdi
20:30 • 13 İyun 2024
Moskvadan İrəvana növbəti
Moskvadan İrəvana növbəti ÇAĞIRIŞ
19:01 • 13 İyun 2024
Belarus İrəvandakı səfirini
Belarus İrəvandakı səfirini GERİ ÇAĞIRIR
17:00 • 13 İyun 2024
Türkiyədə terrorçulara qarşı
Türkiyədə terrorçulara qarşı əməliyyat
09:51 • 13 İyun 2024
Moskva Birjası ABŞ dolları və avro ilə ticarəti
Moskva Birjası ABŞ dolları və avro ilə ticarəti dayandırır
19:48 • 12 İyun 2024

Xəbər lenti