Xəzər Xəbər

Şəhid Rüstəm Eminli - Özü yaralansa da yaralı yoldaşlarını xilas edir - VİDEO

Şəhid Rüstəm Eminli
Veb TV | 20:11 • 12 Fevral 2021
Şəhid Rüstəm Eminli - Özü yaralansa da yaralı yoldaşlarını xilas edir

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizi tanıtdırmağa davam edirik. Onlardan biri də  Yardımlı  rayonunda doğulub boya-başa çatan 21 yaşlı Rüstəm Eminlidir. 44-gün davam edən vətən mühariəsində qəhrəmanlıq göstərən şəhidimiz ölümündən sonra "vətən uğrunda" və ''Xocavəndin azad olunmasına görə'' medalları ilə təltif olunub.

 

44 günlük vətən müharibəsində qazandığımız şanlı qələbədə onun da payı var. Söhbət Yardımlı rayonu Horonu kənd sakini Rüstəm Eminlidən gedir.

 

Rüstəm də torpaqlarımızın azadlığını canından üstün tutaraq şəhidlik zirvəsinə yüksəldi..

 

Qəhrəman döyüşçümüz 2018-ci ilin aprel ayında həqiq hərbi xidmətə çağırılıb. Xidmət müddətində qardaş ölkə Türkiyədə kurs keçən Rüstəmə təşəkür məktubu və dipmlomlar verilib.

 

Rüstəm Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd və Şuşanın işğaldan azad olunmasında iştirak edib. Şuşa uğrunda gedən döyüşçülərdə qəhrəmanımızın üç döyüşçü yoldaşı minaya düşür. Rüstəm özü də yaralansa da, xəsarət almış 2 yoldaşını döyüş meydanından çıxara bilir. Digər yoldaşını ərazidən çıxarmaq istəyərkən mənfur düşmənin güllləsinə tuş gəlir. Ürəyindan yaralanmış Rüstəm Eminli Bakı şəhərində yerləşən hospitalda əməliyyat olunsa da, həyatını xilas etmək mümkün olmur. O, ötən il noyabrın 1-də şəhidlik zirvəsinə ucalır və doğulduğu kənddə torpağa tapşırılır.

 

O, Vətən Müharibəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Vətən uğrunda" və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.

 

Xəbər lenti