Xəzər Xəbər

“Barselona” və “Atletiko Madrid” qalib gəlib

İdman | 08:06 • 11 Aprel 2024
“Barselona” və “Atletiko Madrid” qalib gəlib

UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Xezerxeber.az xəbər verir ki, “Atletiko Madrid” doğma meydanda Almaniyanın “Borussiya Dortmund” komandasını qəbul edib. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda İspaniyanın digər təmsilçisi “Barselona” Fransanın PSJ kollektivinin qonağı olub. Matç katalonların 3:2 hesablı üstünlüyü ilə bitib.

Bu cütlərdə cavab matçları aprelin 16-da keçiriləcək.

Qeyd edək ki, mərhələnin aprelin 9-da keçirilən ilk iki oyunu bol qollarla müşayiət olunan sülhlə yekunlaşıb. “Real Madrid" (İspaniya) “Mançester Siti” (İngiltərə) ilə 3:3, “Arsenal” (İngiltərə) isə “Bavariya” (Almaniya) ilə 2:2 hesablı heç-heçə edib.

Xəbər lenti

Çox oxunanlar