Xəzər Xəbər

Daxili İşlər Nazirliyi valideynlərə müraciət etdi VİDEO

Veb TV | 22:23 • 6 May 2024
Daxili İşlər Nazirliyi valideynlərə müraciət etdi

Bəzi hallarda dələduzlar uşaqların internetdə oynadıqları oyunlar vasitəsilə ilə valideynlərə məxsus bank kartı məlumatlarını əldə edirlər.

Bunu "Xəzər Xəbər"ə müsahibəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev deyib.

O bildirib ki, valideynlər övladlarının internetdə oynadıqları oyunlar haqqında məlumatlı olmalıdırlar.

Daxili İşlər Nazirliyinin əməkdaşı Ağgül Həmdizadə isə bildirib ki, valideynlər övladlarının təhlükəsizliyini təmin etmək üçün yalnız nəzarət altında onların internetdən istifadəsinə icazə verməlidirlər. Mütəxəssis bank kartları ilə bağlı diqqət edilməli məqamlara da toxunub.

Daxili İşlər Nazirliyi həmçinin valideynlərə müraciət edərək həm bank kartları, həm də platformalar üçün mürəkkəb şifrə seçməyi məsləhət görüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar