Xəzər Xəbər

Məktəblinin qətli ilə bağlı cinayət işi açılıb

Region | 11:22 • 7 May 2024
Məktəblinin qətli ilə bağlı cinayət işi açılıb

Mayın 6-da Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və aparıldığı xəstəxanada  ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.

Xəbər lenti

Çox oxunanlar