Xəzər Xəbər

Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib

Gündəm | 17:35 • 7 May 2024
Əli Əsədov Ankarada Anıtqəbiri

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 7-də Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Xezerxeber.az Nazirlər Kabinetinə istinadən bildirir ki, Baş nazir Əli Əsədov Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.

Baş nazir Anıtqəbirin Xatirə kitabına ürək sözlərini yazıb.

Xəbər lenti

Çox oxunanlar