Xəzər Xəbər

Cəzaçəkməkdən azad edilmiş şəxslərə 1380 manat müavinət verilir VİDEO

Veb TV | 20:55 • 6 May 2024
Cəzaçəkməkdən azad edilmiş şəxslərə 1380 manat müavinət verilir

Cəzaçəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə 1380 manat birdəfəlik müavinət verilir.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramovun sözlərinə görə, qanunla təsdiq edilməsinə baxmayaraq, monitorinqlər göstərir ki, bu ödənişlərdən istifadə edənlərin sayı çox deyil.

Millət vəkili deyir ki, müavinətin alınması üçün müraciət kifayət qədər sadədir. Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, cəzaçəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı və məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarı təqdim olunmaqla müavinətin alınmasını rəsmilləşdirmək mümkündür.

Qeyd edək ki, müavinətin ödənişi qanunvericilikdə müəyyən edilmiş əsaslarla cəzaçəkməkdən azad edilmiş şəxslərə penitensiar müəssisələri tərəfindən verilmiş arayış təqdim edilməklə həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Xəbər lenti

Çox oxunanlar