Xəzər Xəbər

Düşməndən öc alan, şəhidlik zirvəsinə ucalan qəhrəman - VİDEO

Ceyhun Niftəliyev
Veb TV | 20:01 • 12 Fevral 2021
Düşməndən öc alan, şəhidlik zirvəsinə ucalan qəhrəman

Vətən müharibəsinin bitməsindən aylar ötsə də, əldə olunan parlaq tarixi qələbə, bu qələbəni canı və qanı ilə qazanan qəhrəmanlar haqqında dastanlar hələ uzun müddət danışılacaq. Dəyər verdiyi hər şeyi, hər kəsi bir kənara qoyaraq ilk gündən döyüşlərə atılan topçu zabit, Baş Leytenant Ceyhun Niftəliyevin də keçdiyi döyüş yolu kimi. Onun miras qoyduğu şücaət dolu xatirə indi tək doğmaları yox, bütün xalqımız üçün ibrət nümunəsidir.

 

O, 1972-ci ildə Qərbi Azərbaycanın dilbər guşələrindən birində - Göyçədə dünyaya göz açıb. Yeniyetməliyi, bir gənc kimi formalaşan vaxtları ermənilərin xalqımıza qarşı növbəti amansız təqibinin başladığı vaxta düşüb. Doğma torpaqlarında növbəti köçə sürüklənən soydaşlarının başlarına gətirilənlər, yeniyetmə Ceyhunun qəlbində nifrət hissi və qisas yanğısını alovlandırıb.

 

Ceyhun Niftəliyev ali təhsil alarkən ehtiyat zabit kimi ixtisaslaşmışdı, xidməti borcunu yerinə yetirmişdi. Ancaq Vətənin azadlığı uğrunda döyüşə atılmaq üçün məqamın yetişəcəyi günü səbirsizliklə gözləyirdi. Elə müharibənin ilk günlərindən bərabər döyüşə atıldığı silahdaşları arasında da öz yetirmələri vardı. Elə onlarla bərabər Murovdağ istiqamətində strateji yüksəklik uğrunda gedən döyüşdə birlikdə şəhadətə ucaldılar.

 

Şəhid zabitin torpaqlarımızın azadlığı uğrunda fədakarlığı dövlət tərəfindən yüksək qiymətləndirilib. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

 

Xəbər lenti