Xəzər Xəbər

Polis əməkdaşları vaksinasiya edilir - VİDEO

Polis əməkdaşları vaksinasiya edilir
Veb TV | 20:23 • 12 Fevral 2021
Polis əməkdaşları vaksinasiya edilir

Daxili İşlər Nazirliyi əməkdaşlarının  vaksinasiyası davam edir. Prosesə fevralın 6-dan  start verilib. Peyvəndləmə nazirliyin tibb idarəsinin Arif Heydərov adına Respublika Hospitalında həyata keçirilir. İdarənin şöbə rəisi Loğman Zeynalov bildirib ki, vaksinasiyadan sonra polis əməkdaşlarında heç bir yan təsir qeydə alınmayıb. Onun sözlərinə görə yaxın günlərdə respublikanın digər rayon və şəhərlərində də polislərin vaksinasiyasına başlanacaq.

 

Yeni növ koronavirusa qarşı mübarizə çərçivəsində risk qrupu hesab edilən şəxslərin vaksinasiyası davam edir.

 

Artıq bir neçə gündür ki, daxili işlər nazirliyinin əməkdaşları peyvənd edilir. Nazirliyin Tibb İdarəsinin şöbə rəisi Loğman Zeynalov bildirib ki, polis əməkdaşlarının vaksinasiyasına ilkin olaraq Bakı şəhərindən başlanıb.

 

Hospitalın cərrahiyyə şöbəsinin baş tibb bacısı Tükəzban Əzizovanın sözlərinə görə indiyədək peyvənd edilən polislərin heç birində yan təsir qeydə alınmayıb.

 

Qeyd edək ki, respublikanın digər rayon və şəhərlərində polislərin vaksinasiyasını TƏBİB və Səhiyyə Nazirliyinin müalicə-profilaktika müəssisələri həyata keçirəcək. Prosesə yaxın vaxtlarda start veriləcək.

Xəbər lenti

Çox oxunanlar