Xəzər Xəbər

Həcc vizası olmadan ziyarətə gedənlər CƏRİMƏLƏNƏCƏK

Cəmiyyət | 18:48 • 7 May 2024
Həcc vizası olmadan ziyarətə gedənlər

Həcc vizası olmadan ziyarətə gedənlər cərimələnəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Həcc vizası olmadan ziyarətə gedənlər iyunun 2-dən etibarən 10 min riyal (2675 dollar) cərimələnəcək.

Bildirilib ki, bu hal təkrarlanacağı təqdirdə, cərimə ikiqat olacaq. Eyni zamanda, qeyd edilib ki, Həcc ziyarətinə icazəsi olmayan şəxslər deportasiya ediləcək.

Xəbər lenti

Çox oxunanlar