Xəzər Xəbər

"Ukraynaya ilk "F-16" qırıcıları iyulda veriləcək"

Dünya | 13:38 • 7 May 2024
"Ukraynaya ilk "F-16" qırıcıları iyulda veriləcək"

Ukraynalı pilotlardan ibarət ilk qrupun təlimi mayın sonunda başa çatacaq, "F-16" qırıcıları isə iyul ayında Kiyevə təhvil veriləcək.

Xezerxeber.az xəbər verir ki, Ali Radanın deputatı Aleksey Qonçarenko bu barədə özünün sosial media hesabında yazıb.

Ukrayna uzun müddətdir ki, tərəfdaşlarından "F-16" qırıcıları istəyir. Lakin Qərb ölkələri pilotların və yerüstü xidmət personalının lazımi hazırlığı olmadan onları Kiyevə vermək istəmir. Danimarka, Hollandiya, ABŞ və bir sıra digər dövlətlər hazırda ukraynalı pilotların təlimlərində fəal iştirak edirlər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin isə Ukraynaya yeni silahların, o cümlədən "F-16" qırıcılarının verilməsi ilə cəbhədəki vəziyyətin dəyişməyəcəyini bildirib.

Xəbər lenti

Çox oxunanlar