Xəzər Xəbər

Pol Poqba filmə çəkilir

İdman | 08:30 • 7 May 2024
Pol Poqba filmə çəkilir

Antidopinq qaydalarını pozduğu üçün dörd illik müddətində futboldan uzaqlaşdırılan Pol Poqba filmə çəkilir.

"Le Parisien" yazır ki, 31 yaşlı yarımmüdafiəçi ölkəsi Fransada lentə alınan "4 Zeros" filmində gənc futbolçuların məşqçi rolunu oynayır. Ekran işi 2025-ci ildə işıq üzü görəcək.

Film PSJ ulduzu olmaq arzusunda olan gənc Kidanenin hekayəsindən bəhs edir.

Qeyd edək ki, İtaliya Milli Antidopinq Tribunalı (NADO Italia) Pol Poqbanı qadağan olunmuş maddələrdən istifadə etdiyinə görə 4 il müddətində futboldan diskvalifikasiya edib.

Xəbər lenti

Çox oxunanlar