Xəzər Xəbər

Azərbaycanın daha bir güləşçisi Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

İdman | 19:19 • 7 Aprel 2024
Azərbaycanın daha bir güləşçisi Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Avropa Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb.

Xezerxeber.az xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız italiyalı Frank Çamizo Markezlə qarşılaşıb. Rəqibinə əlavə vaxta qalib gələn Turan Bayramov “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Hacı Əliyev (65 kiloqram) və Əliabbas Rzazadə ( 57 kiloqram), həmçinin Maqomedxan Maqomedov (97 kiloqram) Olimpiadaya lisenziya qazanıblar.

Xəbər lenti

Çox oxunanlar