Xəzər Xəbər

Tərtərdə məktəblilər arasında dava ölümlə nəticələnib

Region | 10:31 • 7 May 2024
Tərtərdə məktəblilər arasında dava ölümlə nəticələnib

Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticələnib.

Xezerxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı orta məktəbinin qarşısında qeydə alınıb.

9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı onlardan biri digərinə yumuruqla xəsarət yetirib. Xəsarət alan məktəbli Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar