Xəzər Xəbər

Peşə hazırlığına cəlb olunan işsizlərə pul veriləcək - VİDEO

Veb TV | 19:48 • 13 İyun 2019
Peşə hazırlığına cəlb olunan işsizlərə pul veriləcək -

Nazirlər Kabineti "Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası"nı təsdiq edib. Qaydaya əsasən, Azərbaycanda peşə hazırlığına cəlb olunan işsizlərə pul veriləcək. 

Xezerxeber.az-ın məlumatına görə, qaydaya əsasən, işsiz kimi qeydiyyata alınmış şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və "DOST" mərkəzlərinın göndərişi ilə peşə hazırlığı dövründə aylıq təqaüd almaq hüququna malikdirlər.

Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə "Məşğulluq haqqında" qanunun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək.


Peşə hazırlığına cəlb olunan şəxslər Xidmətin tabeliyindəki təhsil müəssisəsinə göndərildikdə, müvafiq kursun xərclər smetasına uyğun maliyyə vəsaiti həmin təhsil müəssisəsinin hesabına köçürülür.


Peşə hazırlığı digər təhsil müəssisələrində təşkil edildikdə, müəssisə tərəfindən təqdim olunmuş xərclər smetasına uyğun olaraq vəsait hər ayın yekununa uyğun olaraq növbəti ayın 5-dək təhsil müəssisəsinin hesabına köçürülür.


Xərclər smetası peşə hazırlığı kursları keçirilən təhsil müəssisəsi tərəfindən orada qüvvədə olan tarif üzrə, tarif olmadıqda isə Xidmətlə razılaşdırılmış müqavilə qiymətlərinə əsasən tərtib edilir.

Bundan əlavə, vətəndaşın işsiz kimi qeydiyyatı ləgv edildikdə, qeydiyyatdan müvəqqəti çıxarıldıqda və təhsil müəssisəsindən xaric olunduqda təqaüd dayandırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar