Xəzər Xəbər

Cəbrayılın dörd kəndinə ilk mərhələdə 3193 nəfər köçürüləcək VİDEO

Veb TV | 20:07 • 20 May 2024
Cəbrayılın dörd kəndinə ilk mərhələdə 3193 nəfər köçürüləcək

Cəbrayılın Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinə ilk mərhələdə 3 min 193 sakin köçürüləcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva bildirib. Onun sözlərinə görə, birinci mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcək.

Daha sonra Karxulu kəndi haqqında məlumat verilib. Bildirilib ki, 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir və bu müddət ərzində kənddə 4 min 428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulur.

Şöbə müdiri Baş planda Sarıcallı kəndinin ümumi sahəsinin 330 hektar təşkil etdiyini də vurğulayıb. Əhalinin tələbatına uyğun iki tam orta məktəb və 4 uşaq bağçasının layihələndirilməsi də nəzərdə tutulur. Bu mərhələdə layihələndirilən ərazinin sahəsi isə 104 hektardır. Bu mərhələdə kəndə 1016 sakinin köçürülməsi üçün 242 fərdi ev inşa olunacaq.

Zəngilanın Mincivan qəsəbəsində isə ilkin mərhələdə layihələndirilən ərazinin sahəsi 153.4 hektar təşkil edir. 3 min 146 sakin üçün 628 fərdi yaşayış evi və 92 mənzildən ibarət 4  yaşayış binasının tikilməsi nəzərdə tutulur.

Zəngilan şəhərində yolların ümumi uzunluğu 31 kilometr olacaq, velosiped və piyada zolaqları yaradılacaq.

Zəngilan rayonunda həmçinin 4 yerdə hər birinin gücü 10,5 meqavat olmaqla ümumi gücü 42 meqavat olan su elektrik stansiyaları tikilib.

O da bildirilib ki, hazırda Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının tikintisi başa çatmaq üzrədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024