Ötən il məişət zorakılığı ilə bağlı 560 nəfər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib.
Xezerxeber.az-ın məlumatına görə, Dövlət Komitəsinin rəsmisi İradə Məmmədova deyib ki, son 4 ildə məişət zorakılığına məruz qalan insanların sayı artıb.
2021-ci ildə 364 nəfər zorakılığın qurbanı olubdursa, ötən il bu rəqəm 560-a yüksəlib.
İradə Məmmədova bildirib ki, müraciət edənlərin 27-si kişi, 478-i qadın, 328-i uşaq, 9-u əlilliyi olan şəxslər, 1-i ahıl, 2- si miqrantdır. Zorakılıq törədənlərin isə 497- si kişi, 133-ü qadın olub.
Məişət zorakılığı hallarının artması ailə institutuna mənfi təsir etməklə yanaşı, ailələrin dağılmasına səbəb olur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.