Xəzər Xəbər

Bakıda avtomobil qarət edilib - VİDEO

Veb TV | 19:35 • 13 İyun 2019
Bakıda avtomobil qarət edilib -

Bakıda avtomobilin arxa yan şüşəsini qırıb içindən oğurluq ediblər.

Xezerxeber.az-ın məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Xətai rayonu, Neapol küçəsində baş verib.

Zərərçəkmiş Əfsanə Məmmədova deyir ki, avtomobilini sözügedən küçədə park edərək bacısı ilə həmin ərazidən bir qədər kənarlaşıb. Onlar təxminən iki saat sonra avtomobilə yaxınlaşdıqda şüşəsinin qırıldığını görüblər.

Zərərçəkmiş Əfsanə Məmmədova dərhal ''102'' xidmətinə məlumat verib. Əraziyə 34-cü polis şöbəsinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. Polis avtomobilin üzərində olan əl-barmaq izlərini götürüb və ətrafdakı kameralara baxış keçirib. Zərərəçəkmişin sözlərinə görə, avtomobilə təxminən 400-500 manat ziyan dəyib. Amma çantasında olan bank kartlarında külli miqdarda pul olub.

Xətai rayon 34-cü polis şöbəsindən ''Xəzər Xəbər''ə bildirdilər ki, faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti