Xəzər Xəbər

Lukaşenko Putinlə “QAZ-69-da gəzintiyə çıxdı - VİDEO

Veb TV | 11:45 • 13 Oktyabr 2018
Lukaşenko Putinlə “QAZ-69-da gəzintiyə çıxdı -

Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya dövlət başçısı Vladimir Putin iki ölkənin regionlarının forumunun Moqilevdəki plenar iclasından sonra bir neçə saatlarını qeyri-rəsmi görüşə ayırıblar.

Bu haqda Belarus mətbuatı xəbər verir.

Lukaşenko rusiyalı həmkarına özünün kiçik vətəninin görməli yerini göstərib. Aleksandriyadakı şəhərcikdə Belarus prezidenti Vladimir Putini "QAZ-69" avtomobilində gəzdirib. Lukaşenko Putinə böyüyüb boya-başa çatdığı evi göstərib. Sonra prezidentlər kənddə gəziblər.

Lukaşenko Rusiya liderini təbii bulaq suyuna və milli içkiyə də qonaq edib.

Xatırladaq ki, ötən ay Bakıda Azərbaycan-Rusiya Regionlararası forumukeçirilib.

Xəbər lenti

Çox oxunanlar