Yaxın vaxtlarda Şəki xan sarayının bərpasına başlanılacaq. Artıq bununla bağlı layihə də hazırlanır.
Xezerxeber.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, tarixi abidənin yenidən bərpa və restavrasiyaya ehtiyacı var.
Binanın bərpasını daha çox zəruri edən isə onun içəri və çöl hissəsində olan rəsmlərin rənglərinin tökülməsi və divar suvaqlarında yaranan çatlardır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.