Xəzər Xəbər

Şəhid Elşən Xasiyev Şəhidlər xiyabanında dəfn olunub

Cəmiyyət | 12:51 • 21 May 2024
Şəhid Elşən Xasiyev Şəhidlər xiyabanında dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri, Xasiyev Elşən Nəzərəli oğlu Bakıxanov qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

Xezerxeber.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri, rayon sakinləri, hərbçilər, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.

Şəhid Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında, dualar və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb.

Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı qızı Xəyalə Xasıyevaya təqdim edilib.

Qeyd edək ki, Xasıyev Elşən Nəzərəli oğlu 1968-ci ildə Bakının Kürdəxanı qəsəbəsində anadan olub. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024