Xəzər Xəbər

Bu gün ali məktəblərə qəbul imtahanı keçirildi VİDEO

Veb TV | 20:55 • 13 May 2018
Bu gün ali məktəblərə qəbul imtahanı keçirildi

Bu gün dövlət imtahan mərkəzi tərəfindən 2 ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib. 11 şəhərdə təşkil edilən imtahanda 36 mindən çox abituriyent iştirak edib. İmtahanın nəticələri 3-4 gün sonra elan ediləcək.

Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirilib.

Qəbul imtahanı 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 66 binada aparılıb. İmtahanın keçirildiyi binaların qarşısında isə abituriyentlərin yaxınları ən az onlar qədər həyacanla gözləyiblər.

Dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıblar.Abituriyentlərin üzərində gətirdiyi əşyalar sırasındaxüsusi ilə ağardıcıların çoxluğu diqqət çəkib.

İmtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Qeyd edək ki,sabahdan etibarən Dövlət İmatahan Mərkəzi tərəfindən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur. İmahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib.


Xəbər lenti

Çox oxunanlar